Sevdiyi qızı yataqda başqa oğlanla tutdu - Anadan qızının qatilinə tükürpədən sual

Sevdiyi qızı yataqda başqa oğlanla tutdu - Anadan qızının qatilinə tükürpədən sual


Keçən ilin dekabr ayında Türkiyənin Bolu vilayətində keçmiş sevgilisini evindən zorla çıxardıqdan sonra silahla başından vuraraq öldürən Cahit Kaycının ilk məhkəmə prosesi keçirilib.

Qətlə yetirilən tələbə Berfinin anası Zöhre Yıldız gözyaşları içində qatilə "Qızım ölmədən öncə son dəfə nə dedi?" sualı ilə müraciət edib. Ananın sualı məhkəmə zalındakı hər kəsi qəhərləndirib.

Qeyd edək ki, İstanbulda tekstil işçisi olaraq çalışan 18 yaşlı Cihat Kaycı saat 06:30 radələrində keçmiş sevgilisi 18 yalı Berfin Yıldızın yaşadığı evə gəlib. Evin zəngini çalmaq yerinə binanın çölündən qızın yaşadığı mərtəbəyə dırmaşan Kaycı açıq olan eyvan qapısından Berfin Yıldızın evinə girib.

Yıldızın qaldığı otağa girən Kaycı yataqlardan birinin üzərində oğlan şalvarı görüncə otağın işığını yandırıb. Berfin Yıldız ilə Aziz Başaranı eyni yataqda görən Cahit Kaycı iki nəfəri də oyandırdıqdan sonra özüylə gətirdiyi silahla Aziz Başaranı qolundan yaralayıb. Evin qapısını kilidləyib, açarları eyvandan atan Kaycı daha sonra Berfin Yıldızı da götürərək evdən çıxıb.

Evdən uzaqlaşan cütlük bir müddət sonra kimsəsiz bir ərazidə dalaşmağa başlayınca Kaycı silahla öncə havaya, daha sonra isə Berfinin başına atəş açıb. 18 yaşlı tələbə Berfin olay yerində dünyasını dəyişib. Şübhəli polisə gedərək törətdiyi cinayəti etiraf edib.

Milli.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti