İŞİD-dən şahzadəyə təhdid

İŞİD-dən şahzadəyə təhdid


İŞİD terror təşkilatı Britaniya şahzadəsi Uilyamın 4 yaşlı oğlu şahzadə Corcun fotosunu paylaşaraq “Kral ailəsi belə yalnız buraxılmayacaq” mesajını yayımlayıblar.

Teleqram messencerində paylaşılan təhdid mesajında şahzadə Corcun Londonda “Thomas's Battersea” adlı məktəbin yaxınlığında çəkilmiş fotosu yer alıb.

Mesaja məktəbin ünvanı və “Məktəb tez başlayır” xüsusi qeydi də əlavə edilib.

İngiltərə təhlükəsizlik orqanları bu ismarıcın ortaya çıxmasından sonra araşdırmalara başlayıb.

Məsələ ilə bağlı Kral ailəsindən isə açıqlama verilməyib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti