Türkiyə böyük faciədən döndü - 49 nəfər həbs edildi

Türkiyə böyük faciədən döndü - 49 nəfər həbs edildi


Ankarada İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 49 xarici ölkə vətəndaşı saxlanılıb.

Ankara prokurorluğu 55 xarici vətəndaşın saxlanılması barədə qərar çıxarıb.

Paytaxtın müxtəlif rayonlarında keçirilən əməliyyat zamanı artıq 49 nəfər tutulub. Məlum olub ki, onların hamısı Suriya və İraqda terrorçuların tərəfində döyüşüb. Hazırda saxlanılan şəxslər dindirilir.

Bundan əlavə, Türkiyə Terrorla Mübarizə İdarəsinin yaydığı məlumata görə, saxlanılan şəxslərdən bəziləri 29 oktyabr Cümhuriyyət günü ilə bağlı keçiriləcək şənliklər zamanı terror aktı törətməyi planlaşdırıb.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti