Öldürülən iş adamının cənazəsi Azərbaycana gətirilir

Öldürülən iş adamının cənazəsi Azərbaycana gətirilir


Rusiyanın Saratov şəhərində evinin qarşısında güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Ceyhun Cəfərovun cənazəsi Azərbaycana gətirilir.


İş adamı Azərbaycanda atasının qəbrinin yanında dəfn olunacaq.

Biznesmenlə vidalaşmaq üçün evinin qarşısına 150-yə yaxın insan toplaşıb. Onların arasında Saratov keçmiş rəhbəri Valeri Sarayev və regionun mədəniyyət naziri Vladimir Barketov da var.

Xatırladaq ki, 55 yaşlı tikinti şirkətinin rəhbəri Ceyhun Cəfərov oktyabrın 24-də evinin qarşısında maşınından düşərkən ürəyindən vurularaq qətlə yetirilib.

Qeyd edək ki, bütün qohumları Saratovda yaşadığı üçün daha əvvəl biznesmeninin burada dəfni nəzərdə tutulmuşdu.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti