Çeçenlərdən Kadırova: “Ərdoğanın əmrini gözləyirik”

Çeçenlərdən Kadırova: “Ərdoğanın əmrini gözləyirik”



Ramzan Kadırov Türkiyəni hədələməklə müsəlmanlara olan xəyanətini növbəti dəfə göstərdi.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Çeçen-İçkeriya Respublikasının Qurtuluş Cəbhəsinin yaydığı bəyanatda yer alıb.

Cəbhə Çeçenistan Prezidenti Ramzan Kadırovun Rusiyanın qırıcısını vurmasından sonra Türkiyə barəsində söylədiyi sözlərinə sərt reaksiya verib:

“Çeçen xalqı hər zaman müsəlmanların və Türkiyənin yanındadır. Kadırov bu açıqlama ilə müsəlmanlara olan xəyanətini növbəti dəfə göstərdi. Çeçen xalqı çətin günlərdə Türkiyənin etdiyi yardımı unutmayıb. Kadırov çeçen xalqını təmsil etmir. Baş verən hadisədə Türkiyə yüz faiz haqlıdır. Çeçen mücahidlər Türkiyə Prezidenti və dünya müsəlmanlarının lideri Rəcəb Tayyib Ərdoğanın əmrini gözləyir”.

Qeyd edək ki, Kadırov Türkiyənin Rusiya qırıcısını vurmasından sonra açıqlama verərək, rəsmi Ankaranın hadisəyə görə peşman olacağını bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti