Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi

Məktəbli hirsləndi, sinif yoldaşlarını güllələdi


Braziliyanın mərkəzindəki Qoyaniya şəhərində 14 yaşlı məktəbli sinif yoldaşlarını atəşə tutub. Gülləbaranda 2 yeniyetmə həlak olub, 4 nəfər yaralanıb.


Gecce.az milli.az-aistinadən bildirir ki, olay Qoyaniyadakı "Colegio Goyases" məktəbində yaşanıb.

14 yaşlı yeniyetmənin atası hərbi polisdə xidmət edir. Məktəbli atasının tapançasını götürərək çantasına qoyub və məktəbə aparıb. Orada isə tənəffüsdə sinif yoldaşlarına atəş açıb.

Məktəblilərdən birinin dediyinə görə, 14 yaşlı oğlanı sinif yoldaşları ələ salırdılar: "O, çox tərləyirdi və dezodorantlardan istifadə etmirdi. Buna görə sinif yoldaşları ona "murdar, pis qoxuyan" deyirdilər. O da inciyib, təhqirdən qəzəblənib və qisas almaq qərarına gəlib".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti