Ər xanımını və 5 uşağını yandırdı

Ər xanımını və 5 uşağını yandırdı


Yaponiyanın İbaraki prefekturasında ana və 5 uşağı yanğın nəticəsində həlak olub.

Bu barədə yerli TBS telekanalı məlumat yayıb.

Polisin verdiyi məlumata əsasən, hadisə Xitati şəhərində qeydə alınıb. 40 yaşlı bir kişi polis bölməsinə gələrək yanğını qəsdən törətdiyni etiraf edib.

Yanğın səhər saatlarında sosial binalarda olan mənzillərdən birində baş verib. Yanğınsöndürənlər mənzildə 5 nəfərin cəsədini tapıblar. Bir uşaq isə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək olmayıb. Yanğın zamanı ölən uşaqların ən balacasının 3, ən böyüyünün isə 11 yaşı olub.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti