Paylaşdığı videoya görə tacı əlindən alındı

Paylaşdığı videoya görə tacı əlindən alındı


Myanmanın gözəllik kraliçası seçilmiş Şvi Yan Sinin tacı əlindən alınıb.


Buna səbəb 19 yaşlı modelin social şəbəkədə paylaşdığı siyasi videodur. O, video-çarxda Arakanda müsəlmanlara qarşı törədilmiş soyqırımı pisləyərək Rohinca Qurtuluş Ordusunu terror və zorakılığa dəstək verməkdə günahlandırıb.

Bu videodan sonra gözəllik yarışmasını təşkil edən “Hello Madam Group” Şvini tacdan məhrum edib. Şvi Yan Si vətəndaş mövqeyini ifadə etdiyinə görə tacının alındığını iddia etsə də, qarşı tərəf bununla razılaşmayaraq ciddi bir səbəb göstərə bilməyib.

Qeyd edək ki, modelin paylaşdığı video "Youtube" kanalından silinib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti