Ərdoğanın intihardan xilas etdiyi kişi 2 il sonra ... - FOTO

Ərdoğanın intihardan xilas etdiyi kişi 2 il sonra ... - FOTO


Türkiyənin İstanbul şəhərində intihara cəhd edib özünü körpüdən atmaq istəyən Vəzir Çatraş adlı vətəndaş təsadüfən həmin yoldan keçən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən xilas edilmişdi.

Publika.az xəbər verir ki, bu hadisədən 2 il sonra V.Çatraş polis tərəfindən saxlanılıb. Buna səbəb isə həyat yoldaşı ilə münasibəti olan kişini evində boğaraq yandırması olub. Polisə ifadəsi zamanı işlədiyi cinayəti etiraf edən V.Çatraş cinayəti törədərkən tək olmadığını da bildirib.

2015-ci ildə prezindent Ərdoğan tərəfindən intihara cəhddən xilas edilən cinayətkar o zaman işsiz qaldığını və maddi çətinlikləri olduğunu bildirmişdi. Prezidentlə tanışlıqdan dərhal sonra isə ictimai təşkilatların birində işə başlamışdı.

Ərdoğanın intihardan xilas etdiyi kişi 2 il sonra ... - FOTO
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti