Bu gün müharibə sona çatacaq - ŞAD XƏBƏR VAR

Bu gün müharibə sona çatacaq - ŞAD XƏBƏR VAR


İŞİD terror təşkilatı İraq ərazisindən rəsmi olaraq silinir.

İraq ordusu bildirib ki, bu gün Kərkükün qərbindəki Havica rayonunun terrorçulardan tamamilə geri alınacağı gözlənilir. Terrorçulara son zərbəni vuracaq hücuma bu gün səhər saatlarında başlanılıb.

21 sentyabrda başlayan əməliyyat təxminən iki həftə içində tamamlanacaq. Cənub cəbhəsindən irəliləyən iraqlı əsgərlər dünən Havicaya yaxınlaşdıqlarını açıqlayıblar. General-leytenant Abduləmir Rəşid Yarallah bu gün rayon mərkəzində əməliyyatların başlanacağını açıqlayıb.

“Associated Press” agentliyinin fotomüxbiri Bram Ceynssen, Havicadan qaçmaq məcburiyyətində qalan vətəndaşların şəkillərini çəkib. Onun sözlərinə görə, kişi və qadınlar rayon mərkəzində ayrılır və kişilər yoxlamadan keçirilir.

Qeyd edək ki, ordu birləşmələrinin ötən ilin 17 oktyabrında başladığı əməliyyat bu ilin 9 iyulunda başa çatıb. Terrorçuların əlində olan ən böyük şəhər – Mosul azad edilib. Mosulun qərbindəki türkmən şəhəri Təlafər isə avqustda terrorçulardan geri alınıb.

Xatırladaq ki, terrorçular 2014-cü ilin iyununda İraq və Suriya torpaqlarının təxminən 80 faizini ələ keçirmişdi. Havicanın azad edilməsi ilə terrorçuların əlində sadəcə Əl Qaim və ora yaxın ərazi qalır. Minlərlə üzvü öldürülən terror təşkilatının ilin sonuna qədər tamamilə məhv ediləcəyi gözlənilir.

Suriyanın Rakka şəhərini aylardır mühasirədə saxlayan terrorçular buranı tamamilə itirmək üzrədilər. İraq sərhədinə yaxın Deyr əz Zorun da bir neçə gün ərzində terrorçulardan xilas edilməsi gözlənilir.

Qeyd edək ki, Rusiya ötən ay Suriyada İŞİD nəzarətində cəmi 27 min kv.km torpağın qaldığını açıqlayıb. Ötən ay üç ildən çoxdur üzünü heç kimin görmədiyi İŞİD lideri Əbubəkr əl-Bağdadiyə aid yeni səs yazısı yayımlanıb. Bağdadi öz tərəfdarlarından Qərb ölkələrinə çoxlu hücumlar təşkil etməsini istəyib.

May ayından bugünədək İŞİD İspaniya, İngiltərə, Fransa, Filippin, İndoneziya və İran kimi ölkələrə hücum edib. 30-dan çox ölkəni hədəf alan və 200-ə qədər sayı olan hücumların bəziləri birbaşa İŞİD tərəfindən törədilib, bəzi hücumlarda isə yerli terrorçulardan istifadə olunub.

“CNN International” fevral ayında İŞİD-lə bağlı hesabat açıqlayıb. Hesabatda bildirilir ki, beş qitəni qana bulayan hücumlarda iki mindən çox insan ölüb. İraq və Suriyadakı hücumlarda isə ölənlərin sayı tam bilinmir. Terrorçuların öldürdüyü əhali və əsgərlərin sayının on minlərlə olduğu təxmin edilir.

Metbuat.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti