Bu kasa 38 milyona satıldı - Yeni rekord

Bu kasa 38 milyona satıldı - Yeni rekord


Çində Sonq xanədanlığına aid 1000 illik kasa Honq-Konqda hərraca çıxarılıb.

Hərraca telefon zəngi ilə qatılan və adı açıqlanmayan bir şəxs tarixi kasanı 38 milyon dollara alıb.

13 sm diametri olan kasanın Sonq xanədanlığı dövründə fırça yumaq üçün istifadə edildiyi bildirilib.

Qeyd edək ki, hərracda bu zamana qədər bir kasa üçün ödənilən ən yüksək məbləğ rekordu da qırılıb. Belə ki, sonuncu dəfə 2014-cü ildə Minq xanədanlığına aid bir şərab kasası Liu Yiqian adlı biznesmen tərəfindən 34 milyon dollar satın alınmışdı.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti