Las-Veqasda ölənlər arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Las-Veqasda ölənlər arasında azərbaycanlıların olub-olmaması araşdırılır


Azərbaycan Xarici İşlər Nazirliyi Las-Veqasda 50 nəfərin ölümü, 200 insanın isə yaralanması ilə nəticələnən faciə ilə əlaqədar açıqlama yayıb.

XİN mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan açıqlamada deyilir:

"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO