"Prokuror arvadıyam, səni burda yaşatmaram" - Məşhur model hamını belə təhdid etdi

"Prokuror arvadıyam, səni burda yaşatmaram" - Məşhur model hamını belə təhdid etdi


Döyüldüyünü iddia edən qadının özü hərbə-zorbaçı çıxıb.

İstanbulun Ataşehir ərazisində yaşayan model Esra Türkmənlər yaşadığı mənzilin avtomobil dayanacağında 6 ay bundan əvvəl döyüldüyü iddiasıyla qonşusu Dilək K.-ya məhkəmə iddiası qaldırıb.

Esra Türkmənlər media əməkdaşı Dilək K.-nın maşınından düşüb, ona hücum etdiyini, ayağından və burnundan xəsarət aldığını iddia edib, ancaq dava anını anbaan qeyd edən kameralara baxan zaman məlum olub ki, model maşınından düşməyib və hücumu Türkmənlər özü həyata keçirib.

Dilək K. söyləyib ki, Türkmənlər ondan pul qoparmaq üçün belə bir şey etdiyini qeyd edib: "Avtoparkda maşınının qapıları açıq idi və mən siqnala basdım. O, maşınıma yaxınlaşıb, qapımı açdı və "Mən prokuror arvadıyam, səni burada yaşatmaram" deyərək məni döydü.

Dilək K. Türkmənlər vəkili və binanın təhlükəsizlik məmuru haqqında "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, qəsdən yaralama və təhqir etmək" haqqında cinayət işi açıb.

Goldnews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti