Məşhur jurnalın sahibi öldü

Məşhur jurnalın sahibi öldü


"Advance Publications" Media Holdinqinin rəhbəri, "Voq", "Nyu Yorker" kimi məşhur nəşrlərin sahibi Semuel Nyuhaus 89 yaşında Nyu Yorkda vəfat edib.

Məlumatı "Blumberq" informasiya agentliyi yayıb.

Məlumata görə, evində dünyasını dəyişən Nyuhausun ölüm səbəbi hələ də açıqlanmayıb.

Qeyd edək ki, "Advance Publications" şirkətini, dövrünün məşhur ziyalısı hesab olunan ata Nyuhaus qurub. Media holdinq hər biri 3 milyon civarında tirajla nəşr olunan 31 qəzetə sahibdir. Məşhur "Voq" jurnalını isə Semuel Nyuhaus özü təsis edib.

Axar.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti