Əməliyyat olundu, öz dilini unudub ingiliscə danışdı

Əməliyyat olundu, öz dilini unudub ingiliscə danışdı


İtaliyalı qız əməliyyatdan sonra doğma dilini tamam unudub.

Ölkənin Salerno əyalətində yaşayan 27 yaşlı qız əməliyyat zamanı həkimləri qorxudub.

Belə ki, əməliyyatdan əvvəl anesteziya vurulan qıza keyidici təsir etməyib. Qız italiyalı olduğu halda anesteziyadan sonra həkimlərlə mükəmməl ingilis dilində danışıb.

Həkimlərdən heç biri ingilis dilini bilmədiyi üçün qızın nə demək istədiyini anlamayıblar. Həkimlər bunu əvvəlcə zarafat hesab etsələr də, sonradan qızın öz dilində heç nə bilmədiyinə əmin olub təlaşa düşüblər.

Nevroloqun dediyinə görə, anesteziyanın bəzən xəstənin beyninə və sinir sisteminə ksəkin təsiri ola bilir.

3 saat sonra qız öz dogma dilini xatırlamağa başlayıb. Məlum olub ki, o, ixtisasca xarici dil müəlliməsidi və uşaqlara ingilis dili tədris edir.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti