Dünyanı dəhşətə gətirən mənzərə! Ana 2 yaşlı qızını manqalda bişirdi VƏ...

Dünyanı dəhşətə gətirən mənzərə! Ana 2 yaşlı qızını manqalda bişirdi VƏ...


Belçikada qandonduran cinayət baş verib.

Brüsseldə 27 yaşlı qadın 2 yaşlı qızını diri-diri manqala atıb. Qadın qızının qışqırıq səslərinə rəğmən, onu ordan çıxartmayıb. Hadisə gecə saatlarında evin həyətindəki qarajda baş verib.

Gecə saatlarında ətrafa yayılan tüstüdən narahat olan qonşular çölə çıxanda dəhşətli mənzərənin şahidi olublar. Uşağın qışqırıq səsinə qaraja qaçan insanlar gözlərinə inana bilməyib. Qonşular tərəfdən hadisə yerinə təcili tibbi yardım və polis çağrılıb.

Qonşuların sözlərinə görə, qadının psixoloji problemləri olub: "Son günlərdə ərindən boşandığı üçün depressiyada idi. Daha əvvəl də qızı ilə birgə özünü evə bağlayıb dəm qazı ilə boğmağa çalışıb".

Hadisə yerinə gələn polis əməkdaşları qarajda kül olmuş uşaq cəsədi ilə qarşılaşıblar.

Cinayətdə şübhəli bilinən afrikalı qadın dindirilmə zamanı bunları deyib: "Mən qızımı cənnətə yola saldım. Məni də onunla birlikdə yandırın ki, cənnətə düşüm"

Polis qadının ruhi xəstə olduğunu düşünüb. Cəsəd ekspertiza üçün xəstəxanaya göndərilib. Qadını yoxlayan tibb işçiləri onun ruhi vəziyyətinin yerində olmadığını təsdiqləyib.
Q
adın müalicə üçün polis nəzarətində dispanserə göndərilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti