Rusiya Facebook-a şərt qoydu - Əməl etməsə bağlanacaq

Rusiya Facebook-a şərt qoydu - Əməl etməsə bağlanacaq


Facebook sosial şəbəkəsi bütün Rusiya ərazisində bloklana bilər.


Əgər şirkət rusların bütün şəxsi məlumatlarının Rusiya ərazisində saxlanılması ilə bağlı qanuna əməl etməkdən imtina edərsə sosial şəbəkənin fəaliyyətinə qadağa qoyulacaq.

Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Jarov bəyan edib ki, əgər facebook müəyyən edilmiş son vaxta - 2018-ci ilə kimi yola gəlməzsə, şəbəkəyə giriş dayandırılacaq:

“Qanun hər kəs üçün vacibdir. İstənilən halda biz ya qanunun həyata keçirilməsinə nail olacağıq, ya da şirkət Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandıracaq. Necə ki, təəssüflər olsun ki bu, Linkedln-lə baş vermişdi. Burada istisna yoxdur.

Biz başa düşürük ki, Facebook Rusiya ərazisində əhəmiyyətli sayda istifadəçiyə sahibdir, digər tərəfdən isə başa düşürük ki, bu, unikal xidmət deyil. Başqa sosial şəbəkələr də var”.

“Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti