Rusiyada dünya çempionunu öldürən Anar barədə polisdən gözlənilməz açıqlama

Rusiyada dünya çempionunu öldürən Anar barədə polisdən gözlənilməz açıqlama


Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun azərbaycanlı Anar Allahverənov tərəfindən qətlinin araşdırılması davam edir.


Anarın reputasiyası və qohumluq əlaqələri (onun böyük qardaşı analoji cinayətə görə hazırda həbsdədir - red.) nəzərə alınaraq, İstintaq Komitəsi onun başqa cinayətlərdə iştirakını yoxlayır.

Hazırda Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə idarəsinin müstəntiqləri cinayət işinin araşdırılması çərçivəsində Anar Allahverənovun hərəkətlərindən digər zərərçəkənləri axtarır. İdarə Anar Allahverənovun hərəkətlərindən zərərçəkən vətəndaşları idarənin saytında göstərilən telefonlarla müraciət etməyə çağırıb.

Azərbaycanlının vəkili Konstantin Lısenko bildirir ki, Draçevin ölümü ehtiyatsızlıqdan baş verib və bədbəxt hadisənin nəticəsi olub.

Ancaq Andrey Draçevin ailəsi və vəkili Yevgeni Şvetsov əmindir ki, qətl bədbəxt hadisə deyildi. Vəkil hadisənin iştirakçılarının video görüntülərinə istinad edir. Onun sözlərinə görə, Draçev sona qədər münaqişədən qaçmağa çalışsa da və davada özünü idmançı kimi aparsa da, Allahverənov əksinə, aydın məqsədi olan şəxs kimi davranırdı və Draçevin ölümünə gətirin çıxaracaq zərbələr endirirdi.
Bundan başqa, Şvetsovun sözlərinə görə, Anar Allahverənov mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə daxil idi və Andrey Draçev qruplaşmanın tək qurbanı deyildi.

Xabarovsk mətbuatının yazdığına görə, Andrey Draçevin ailəsi Allahverənovun Rusiya Cinayət Məcəlləsinin 105-ci maddə ilə ittiham olunaraq cəzalandırılmasına nail olmaq niyyətindədir. Həmin maddə ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempuionuna öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub./Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti