Yağış yağmadığına görə mollanı öldürdü

Yağış yağmadığına görə mollanı öldürdü


Türkiyənin Bursa şəhərində pul qarşılığında dua yazdığı iddia edilən adam qətlə yetirilib.

59 yaşlı Hayri A. adlı sakin 64 yaşlı Engin S. adlı mollaya dua yazdırıb. Onun dua yazdırmasına səbəb isə bölgəyə uzun müddətdən bəri yağış yağmaması olub. Duanın işə yaramadığını görən Hayri mollanın evinə gedərək onu balta ilə qətlə yetirib.

3 balta zərbəsi alan zərərçəkən Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Cinayətkar bölgə jandarmı tərəfindən həbs edilib. Faktla bağlı tədqiqat işləri davam etdirilir.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti