AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ


“Koptevsk” cinayətkar qruplaşmasının üzvlərinin silsilə qətli haqqında cinayət işi üzrə yeni şahidin adı məlum olub.

“Rosbalt” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yeni şahidin azərbaycanlı iş adamı, Rusiyanın məşhur Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun yaxın keçmişdə sağ əli Sergey Qavryuşin olduğunu yazıb.

Agentliyin yazdığına görə, onun verdiyi ifadələr əsasında Telman İsmayılova qarşı qiyabi ittihamlar irəli sürülə və onun axtarışı elan edilə bilər.
Agentlik xatırladır ki, Telman İsmayılovun qardaşları – Rafiq və Vaqif (Rafiq həbs edilib, Vaqif isə axtarışdadır –red.) 1990-cı illərdən 2016-cı ilə qədər bir sıra qətllər üzrə cinayət işinin əsas fiqurantlarıdır.

15 il ərzində Qavryuşin İsmayılovların yaxın ətrafına daxil idi. Xüsusi halda, təsisçisi Rafiq İsmayılov olan “Merkuri-R” MMC-nin baş direktoru idi.
Agentliyin məlumatına görə, Sergey Qavryuşin Rafiq İsmayılovun biznesində bütün məsələlər üzrə cavabdeh şəxs idi və Telman İsmayılovdan tez-tez tapşırıqlar alırdı. “Rosbalt” qeyd edir ki, Qavryuşin Rafiq İsmayılovun faktiki “kölgəsi” olduğundan qardaşlar tez-tez onun yanında açıq danışıqlar aparırdılar.

Sahibkardan alınmış məlumatlar istintaqa 2000-ci ildə biznesmen Andrey Lobanovun qətlində və bir sıra başqa cinayətlərdə İsmayılovlar ailəsinin iştirakını müəyyən etməyə kömək edib. Telman İsmayılovun ailəsi ilə bağlı olan 12 ünvanda aparılan axtarışlar da məhz yeni şahidin ifadələri ilə bağlıdır.
Bundan başqa, mənbənin məlumatına görə, İsmayılovlar barəsində cinayət işinin fiqurantları arasında yeni şahidin ifadələrindən sonra tezliklə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli işçiləri çıxa bilər.

Qeyd edək ki, “Koptevsk” qruplaşması 1990-cı illərin əvvəllərində Viktor Dovjin və “Potema” ləqəbli fırıldaqçı tərəfindən yaradılıb. Sonradan qruplaşmanın liderləri Aleksandr və Vasili adlı qardaşlar olub. 1994-cü ildən başlayaraq qruplaşmanın üzvlərinin qətl dalğası başlanıb, 1995-ci ildə qruplaşmanın lideri Aleksandr öldürülüb. 1997-ci ildə növbə onun kiçik qardaşına çatıb. Bundan sonra qruplaşmaya “Zyoma” ləqəbli Sergey Zimin başçılıq edib. Lakin qətllər dayanmayıb və sonrakı il yarım ərzində qruplaşma daha 10 nəfər itki verib. Çoxsaylı itkilərə baxmayaraq, qruplaşma öz fəaliyyətini kommersiya sahəsində leqallaşdırıb.

İddiaya görə, “Koptevsk” qruplaşmasının üzvlərinin qətlləri İsmayılov qardaşlarının Moskvanın Şimal inzibati dairəsində yerləşən, həmin qruplaşmanın nəzarətində olan bir sıra bazarları və ticarət mərkəzlərini ələ keçirmək cəhdlərindən sonra baş verirdi.

Qeyd edək ki, İsmayılovlar ailəsinin üzvləri barəsində Rusiya Cinayət Məcəlləsinin 5 maddəsi - 210 (cinayətkar qruplaşmanın təşkili), 105 (qətl), 167 (yanğın), 222 (silahın qanunsuz saxlanılması) və 172 (qanunsuz bank fəaliyyəti) maddələri üzrə cinayət işi qaldırılıb.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti