Erməni deputatlar bu gün Bakıya gəlir - “Psixoloji problemlər yoxdur”

Erməni deputatlar bu gün Bakıya gəlir - “Psixoloji problemlər yoxdur”


Bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək.

Bu barədə Ermənistan Respublikası Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsinin feysbuk hesabında məlumat verilib.

Qeyd edilir ki, toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.

Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.

Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti