Ana doğduğu uşağını kolluğa atıb qaçdı - Qız olduğuna görə

Ana doğduğu uşağını kolluğa atıb qaçdı - Qız olduğuna görə


Tikanlı kolların arasından valideynləri tərəfindən ölümə tərk edilmiş yeni doğulmuş körpə tapılıb.

Kolluqda tapılan çılpaq qız uşağının bədənində cızıqlar olub.

O, Hindistanın Una şəhərindəki kolluqların arasından tapılıb. Deyilənlərə görə, uşağın ora atılmasına səbəb cinsiyyətinin qız olmasıdır. Çünki Hindistanın bəzi bölgələrində doğulan qız uşaqları ailə tərəfindən qəbul edilmir.

Uşaq yoldan keçənlər tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlər onu müayinə ediblər. Həkimlərin dediyinə görə, uşaq tapılmasaydı, oradaca öləcəkdi.

Milli.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti