Erməni iş adamı terror törətmək istədiyini etiraf etdi

Erməni iş adamı terror törətmək istədiyini etiraf etdi


Ötən il "Sitibank"ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən, daha sonra polisə təslim olan erməni sahibkar dindirilmə zamanı günahını etiraf edib.

gecce.az azvision.az-a istinadən xəbər verir ki, sahibkar Aram Petrosyan təqsirini etiraf edən ifadə verib: "Mən günahımı qəbul edirəm".

Sahibkarın vəkili Stanislav Malçev isə bildirib ki, müvəkkilinə qarşı girov götürülən şəxs tərəfindən mənəvi və fiziki zərər qarşılığında 50 min rubl dəyərində vəsatət qaldırılıb.

Qeyd edək ki, hücumdan əvvəl internetdə dərc etdiyi videoçarxda Aram Petrosyan müflisləşməsi səbəbindən avqustun 24-də terror törədəcəyini bildirmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti