Ərdoğandan sərt mesaj!

Ərdoğandan sərt mesaj!



Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə reaktivləri tərəfindən Suriya sərhədinə salınan Rusiya təyyarəsilə bağlı danışdı.


Gecce.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan, İstanbulda təşkil edilən İSEDAK yığıncağına qatıldı. Gündəmlə bağlı açıqlama verən Ərdoğan, "Heç kim bizdən sərhəd təhlükəsizliyimizin pozulmasına, suverenlik haqqımızın yox sayılmasına səssiz və reaksiyasız qalmağımızı gözləməsin" dedi.

Rus təyyarəsinin necə düşdüyünü və nə baş verdiyini izah edən Ərdoğan, "Dünən səhər saatlarında hava sərhəddimizi pozan, milliyyəti naməlum iki təyyarəyə Yayladağı Hatay bölgəsində, sərhəd pozuntusu etməmələri haqqında, 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq edilmişdir. Bu təyyarələrdən biri təkrar Suriyaya qayıdarkən, digəri sərhəd pozulmasına təkidlə davam etmişdir. Buna görə bölgədə olan F16'larımız Türkiyə hava sahəsi içərisində sərhəd pozuntusu edən təyyarəyə atəş açmışlar. Suriya tərəfinə düşən təyyarənin bəzi parçaları da sərhədlərimizin içərisinə təsadüf etmiş, bu səbəblə 2 vətəndaşımız yaralanmışdır. Daha sonra Rusiya istehsalı olan təyyarənin Rusiya Federasiyasının şərhlərinə əsasən Rusiyaya aid olduğu aydın olmuşdur. Heç kimsə bizdən sərhəd təhlükəsizliyimiz pozulduğu təqdirdə səssiz və reaksiyasız qalmağımızı istəməsin. Yalnız öz təhlükəsizliyimizi və qardaşlıq hüququnu qoruyuruq. Kimsə bizim suverenlik haqqımızın yox sayılmasını istəməsin. Hadisəni şişirtmək kimi bir düşüncəmiz yoxdur "deyə bildirdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti