Zibillikdə körpə tapıldı

Zibillikdə körpə tapıldı


Zibilxanada, əskilərin və tullantıların altında olan körpə təsadüf nəticəsində ölümdən qurtulub.

Zibilxananın yanından keçən iki şəxs orada uşağın ağladığını eşidiblər və tullantıları eşələyərək körpəni üzə çıxarıblar.

Milli.az bildirir ki, olay İndoneziyanın Qərbi Yava əyalətində, İndramayu rayonunun Qantar kəndində yaşanıb.

Zibillikdə tapılmış uşaq ilk əvvəl Puskesmas Haurgeulisdəki klinikaya, oradan da Bhayankaradakı hospitala aparılıb.

Polis körpəni zibiliyyə atan şəxsi arayır. Uşağın valideynlərinin müəyyənləşdirilməsi üçün kənd sakinləri arasında DNT testləri də aparılacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

18.10.2017 / 09:00
 
Xəbər lenti