Putin: "İŞİD-in nəzarətində olan bölgələrdən Türkiyəyə hər gün neft daşınır"

Putin: "İŞİD-in nəzarətində olan bölgələrdən Türkiyəyə hər gün neft daşınır"



Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla keçirdiyi birgə mətbuat konfransında Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması mövzusunu yenidən şərh edib.

Gecce.az Report.az-a istinadən xəbər verir ki, vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilmədiklərini deyən Rəcəb Tayyip Ərdoğanın açıqlamasına diqqət çəkən Putin deyib ki, "Bu ola bilməz. Çünki Su-24-ün üzərində Rusiyaya məxsus fərqləndirici nişanlar olub ".
"Mən bir daha xatırladmaq istəyirəm ki, ABŞ tərəfi ilə razılığa əsasən bizim aviasiyanın harada, nə vaxt əməliyyat keçirəcəyi barədə məlumatlar verilib. Türkiyə də bu koalisiyanın üzvü kimi bunu bilməli idi ki. Bunlar boş söhbət və bəhanədir. Təəssüf ki, üzrxahlıq belə istəmirlər".
Putin, həmçinin, qeyd edib ki, "İŞİD"in nəzarətində olan bölgələrdən Türkiyəyə qanunsuz neft ixracına dair məlumatın Ankarada olmaması da inandırıcı deyil: "Bu neft məhz Türkiyəyə daşınır. Bundan şübhəmiz yoxdur. Biz bunu hər gün görürük".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti