Ərdoğanın jurnalistlə bığ – Zarafatı

Ərdoğanın jurnalistlə bığ – Zarafatı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftəsonu ölkənin media aləminin öndə gedən simalarını iftara dəvət edib.

Teleqraf.com-un məlumatına görə, iftar süfrəsi üçün Türkiyənin milli mətbəxini tərənnüm edən möhtəşəm bir menyu hazırlanıb. Lakin son anda yağan yağış təşkilatçıları servis planlarını dəyişdirməyə və insanları eyni məkanın açıq hissəsindən qapalı hissəsinə köçürməyə məcbur edib.

Yağışın yaratdığı problemə baxmayaraq, baş tutan iftarda Ərdoğan çıxış edib: “Xəbər dalınca qaçmaqla xəyanətə araçılıq etmək tamam fərqli şeylərdir. Beynəlxalq qaralama kampaniyalarına işləmək də jurnalistlik deyil.”

Təxminən 200 kişinin iştirak etdiyi dəvətdə Türkiyənin ən məşhur televiziya, qəzet və sayt sahibləri, həmin şirkətlərin vəzifəli şəxsləri və həmçinin müxtəlif yazarlar görünüb.

Ən diqqət çəkən məqam köşə yazılarında bir-birini tənqid edən jurnalistlərin səmimi söhbət etmələri olub.

Ərdoğan jurnalistlərlə səmimi zarafatlar edərək, bəzilərinə bığ, bəzilərinə isə saqqal saxlamağı tövsiyə edib. Jurnalist Melih Altınokun “Cənab prezident, mənim bığım pişik bığı kimi çıxır axı...” deməsinə, prezident belə cavab verib:

“Pişikləri niyə alçaldırsan ki? Onların da gül kimi bığları var”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti