Müəllim hazırlaşdırdığı şagirdi zorladı

Müəllim hazırlaşdırdığı şagirdi zorladı


Antalyada 40 yaşlı müəllim Ömər Əli G.-yə oğurluq ittihamı ilə 7 il həbs cəzası verilib. Ömər Əli G. biri "cinsi istismar" olmaqla daha 2 iddiaya görə mühakimə olunur.

Müəllim Ömər Əli G. ilə hazırlaşdırdığı qız şagirdi 14 yaşlı G.S.Ş. keçən yaz getdikləri alış-veriş mərkəzində oğurluq etdikləri iddiasıyla tutulublar. Şagird haqqında yaşı kiçik olduğu üçün Uşaq Məhkəməsində iddia açılıb. Antalya 26-cı Cəza Məhkəməsində mühakimə olunan müəllim Ömər Əli G.-ya 7 il həbs cəzası verilib. Şagirdin oğurluq əməli isə Uşaq Məhkəməsində mühakimə olunmaqda davam etdirilir.

G.S.Ş.-nın yoldaşından boşanan anası Sanem Y. bu mühakimə davam edərkən, müəllim Ömər Əli G. -nin "qızını zorladığı" iddiasıyla şikayətçi olub. Müəllim Ömər Əli G. haqqında yenidən "cinsi istismar" ittihamı ilə Antalya 6-cı Ağır Cinayətlər Məhkəməsində 8 il həbs istəyi ilə iddia açılıb.

Ömər Əli G. müdafiə çıxışında "Mənim GSŞ.-nın anası Sanem Y. -dan xoşum gəlirdi. Evlənmə təklif etdim. "Gələcəkdə evlənərik" kimi sözlərlə təklifimi yola verib. Bir müddət sonra Sanem Y. maddi çətinlik çəkməyə başladı. Evinin kirayəsini belə ödədim. Maddi köməklik də etdim. Daha sonra Sanem Y. qızıyla məni oğurluğa istiqamətləndirdi. G.Ş.S. ilə birlikdə oğurluq etdim", - deyib.

Oğurluq üçün getdikləri AVM-də və avtobusda G.Ş.S.-ya təcavüz etdiyinə dair iddianın doğru olmadığını, ayaqlarına toxunmadığını söyləyən Ömər Əli G., "Mən Sanem Y. -nın qızını zorlamadım", - deyərək haqqında bəraət qərarı verilməsini istəyib.

Antalya 3-cü Ağır Cinayətlər Məhkəməsində açılan iddia davam edir.

Milli.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

18.10.2017 / 09:00
 
Xəbər lenti