"Abort etdir" deyib, hamilə arvadını 29 yerindən bıçaqladı - Qadın öldü, körpə sağ qaldı

"Abort etdir" deyib, hamilə arvadını 29 yerindən bıçaqladı - Qadın öldü, körpə sağ qaldı


Türkiyənin Biləcik bölgəsində dəhşətli hadisə yaşanıb.

35 yaşlı Hüseyn Qartal ondan boşanmaq istəyən 8 aylıq hamilə xanımı Məleykə Qartalı 29 yerindən bıçaqlayıb.

Məlumata görə, H.Qartalın "ailəiçi yolagetməzlik" səbəbindən məhkəmə tərəfindən 3 aya evə girməsinə qadağa qoyulubmuş. Dünən zorla evə girən ər arvadından 8 aylkıq uşağı abort etdirməsini tələb edib. Qadın imtina edib və ayrılıb atası evinə köçmək istədiyini bildirib. Bundan əsəbiləşən ər onu 3 yaşlı qızının gözü önündə bıçaqlayıb.

Daha sonra polisə zəng edib, "Arvadı bıçaqladım" deyib.

Hadisə yerinə gələn həkimlər M.Qartalı xilas etməyə çalışsalar da, bacarmayıblar. Ancaq 8 aylıq körpə qeysəriyyə əməliyyatı ilə xilas edilib.

"Abort etdir" deyib, hamilə arvadını 29 yerindən bıçaqladı - Qadın öldü, körpə sağ qaldı


Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti