ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı

ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı


“Krımın Rusiyaya birləşdirilməsi qanuni əsaslara malik deyildi”.

Bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib.

“Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

Tillerson bildirib ki, Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görür. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyada Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasını Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Smayliklərin xeyri

18.01.2017 / 23:55
 
Xəbər lenti