Ərdoğan İraqdakı əsgərlərlə bağlı son sözünü dedi - "O zaman harada idiniz?"

Ərdoğan İraqdakı əsgərlərlə bağlı son sözünü dedi - "O zaman harada idiniz?"



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əl-Cəzira telekanalına müsahibəsi zamanı İraqdakı türk əsgərləri ilə bağlı açıqlama verib.

Gecce.az Avropa.info-ya istinadən xəbər verir ki, Ərdoğan Beşika düşərgəsində olan türk əsgərlərinin İraqın baş naziri Heydər əl-İbadinin 2014-cü ildəki tələbindən ilə İraqa göndərildiyini söyləyib.

Ərdoğan əsgərlərin 2014-cü ildə İraqın baş naziri Heydər əl-İbadinin istəyi ilə İŞİD-in Mosula girərək İraqın şimalında yayılmağa başladığı zamanı göndərildiyini vurğulayaraq bunları deyib:

"Heydər əl-İbadi 2014-cü ildə Türkiyəyə səfəri zamanı bizdən, İraq əsgərlərinə təlim keçməyimizi istədi. Bundan sonra Beşikada bir düşərgə qurduq. Bunların hamısından onların xəbəri var. İndi adama sual verməzlərmi ki, o Bəşika düşərgəsi qurulduğu zaman siz harada idiniz? O gündən bu günə heç səsiniz çıxmadı, indi bölgədə baş verən hadisələrdən sonra belə bir addım atırsınız. Biz Beşika düşərgəsini gücləndirmək üçün buradaki təlim qruplarını daha da artırmış olduq. Bunlar döyüş qüvvəsi deyil, daha çox təlimatçı qüvvələr kimi oradadırlar. "

Ərdoğan daha sonra İran və İraq hökumətlərini Suriya və İraqda məzhəblərarası qarşıdurmanın gücləndirəcək siyasət yürütməkdə ittiham edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti