Qətərdən Türkiyəyə jest: Rusiya şantajı...

Qətərdən Türkiyəyə jest: Rusiya şantajı...



Rusiya ilə Türkiyənin arasında yaşanan təyyarə böhranının və bunun təbii qaza təsir edib-etməyəcəyi müzakirə olunduğu bir vaxtda Qətər Türkiyəyə dəstək olub.

Gecce.az Avropa.info-ya istinadən xəbər verir ki, İranın Türkiyəyə ixrac etdiyi təbii qazın miqdarını yarı-yarıya endirməsindən sonra Qətər hökumətindən Türkiyəyə mühüm mesajlar verilib.

Dünən öz işinə başlayan Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən təşkil olunan 6-cı Boğaziçi Zirvəsində iştirak edən Qətərin sabiq baş naziri və sabiq sənaye və energetika naziri Abdullah ibn Hamad əl-Attiyə gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Qətər səfəri zamanı keçirdiyi danışıqlarla Türkiyənin təbii qaz baxımından təhlükəsizliyini zəmanət altına aldığını vurğulayan əl-Attiyə təbii qaz tədarükü baxımdan Qətərlə heç bir problemin olmadığını bildirib.

"Türkiyənin istədiyi qədər qazı ixrac etməyə hazırıq. Dünyanın ən böyük mayeləşdirilmiş qaz gəmiləri bizdədir. 4-5 gün içində istənilən miqdarda qazı Türkiyəyə çatdıra bilərik", - eks-nazir deyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti