Qəndəhar aeroportuna hücum: ölənlərin sayı 50-ə çatıb

Qəndəhar aeroportuna hücum: ölənlərin sayı 50-ə çatıb



Əfqanıstanın cənubundakı Qəndəhar aeroportuna Taliban hücumu nəticəsində 10 əsgər də daxil olmaqla ən azı 50 adam həlak olub, ölkənin Müdafiə Nazirliyi bildirir.

Gecce.az BBC-yə istinadən xəbər verir ki, müqaviməti davam etdirən sonuncu 11 basqınçının çərşənbə günü öldürüldüyü bildirilir. Məlumata əsasən əməliyyat vaxtı iki polis də həlak olub.
Hökumət qüvvələri əraziyə nəzarəti bərpa ediblər, rəsmilər bildirir.
Ölənlərdən 38 nəfər mülkidir. Bir sutkadan artıq müddət ərzində davam edən silahlı qarşıdurma vaxtı basqınçılar çox sayda girov götürüb.
Bu sentyabr ayında şimaldakı Kunduz şəhərinə hücumdan sonra Taliban tərəfindən həyata keçirilən ən irimiqyaslı həmlə olub.
Əfqanıstanın ən iri hava bazası olan Qəndəhar aeroportuna hücum İslamabadda keçən sülh konfransına təsadüf edib.
Onun gedişatında Əfqanıstan prezidenti Əşrəf Qani sülh tənzimləməsində Pakistanın vasitəçiliyini istəyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti