Avstraliyada "terror planlarına görə" iki nəfər həbs edilib

Avstraliyada "terror planlarına görə" iki nəfər həbs edilib



Sidney polisi anti-terror əməliyyatı zamanı 15 və 20 yaşlı iki şəxsi həbs edib.

Gecce.az BBC-yə istinadən xəbər verir ki, onlar "terror aktına hazırlıqla bağlı akt hazırlamaqda" günahlandırılıblar, Federal Polis bildirib.
Həbslər Appleby əməliyyatı çərçivəsində ötən il müsadirə edilmiş materialda göstərilən sahə ilə bağlıdır.
2014-cü ilin sentyabrında baş tutan həmin əməliyyatda kəşfiyyatçılar islamçı ekstremistlərin Avstraliyada təsadüfi cinayətlər törətməyi planlaşdırdıqları haqda məlumatlar əldə edib.
Polis bildirib ki, cümə axşamı baş tutan həbslər ötən il reyd zamanı müsadirə olunmuş, hökumət və polis binalarını hədəfə almaq planlarını göstərən sənədlərlə əlaqəlidir.
Yeni cənubi Uels Polisinin verdiyi məlumata görə, həbs olunan 15 yaşlı oğlan "aydın radikallaşıb".
"Xoşagəlməz haldır ki, bu mühitdə yeniyetmə uşaqlarla işi davam etdiririk," komissar müavini Catherine Burn deyib.
"15 yaşlı şəxsin ömürlük həbs kimi maksimum cəza verilən çox ciddi ittihamlarla məhkəmə qarşısına çıxarılması hüquq-mühafizənin çətinliklərini nümayiş etdirir", o bildirib.
Appleby əməliyyatı zamanı azı 800 nəfərdən ibarət silahlı qüvvələr 16 nəfəri həbs edib. Bu Avstraliyanın ən böyük anti-terror əməliyyatı hesab olunur.
Polis bildirib ki, Appleby əməliyyatı nəticəsində indiyədək ümumilikdə 11 nəfər ittiham olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti