Yanukoviç snayper sifarişçilərinin adını açıqladı

Yanukoviç snayper sifarişçilərinin adını açıqladı



2014-cü ilin fevralında Maydanda nümayişçilərə atəş açan hazırkı hakimiyyətin nümayəndələri idi.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Ukraynanın eks-prezidenti Viktor Yanukoviç söyləyib. Onun sözlərinə görə, hazırda ölkədə bununla bağlı əsl araşdırma başlanılsa belə, həmin şəxslərin günahlarını sübut etmək mümkün olmayacaq:

“Aleksandr Turçinov (Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri – red.), Andrey Parubiy (Ukraynanın vitse-spikeri – red.), Andrey Paşinski (Milli Təhülkəsizlik və Müdafiə Komitəsinin sədri – red.) bu məsələdə əsas günahkarlardır. Onlar bir dəfə də olsun sorğuya çağırılmayıblar. Ona görə də indiyə qədər olan faktların hər biri məhv edilib. “Berkut”un üzərinə bütün günahı atmaq asandır. 22 fevral 2014-cü ildən bəri Ukraynada hər şeyi indiki hökumət idarə edir. Sübutların itməsi yalnız onların maraqlarına xidmət edir”.

Qeyd edək ki, Maydanın qələbə qazanmasından sonra Yanukoviç ölkədən qaçaraq Rusiyaya sığınıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti