Prezident İlham Əliyev Nikita Mixalkovu qəbul edib - Foto

Prezident İlham Əliyev Nikita Mixalkovu qəbul edib - Foto


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, hər iki ölkə və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin iki ölkələnin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edilib.
Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğulayıb.

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim edib.

"Report"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti