Azərbaycanın xarici işlər naziri ATƏT-in toplantısında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri ATƏT-in toplantısında iştirak edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun nazirlər iclasında iştirak etmək üçün Brüsselə gedib.

Gecce.az "Report"a istinadla xəbər verir ki, E.Məmmədyarov Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək.
Tədbir dekabrın 1-2-də Brüssel şəhərində, qurumun mənzil-qərargahında keçiriləcək. Tədbirdə Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Elmar Məmmədyarov Brüsseldən ayrıldıqdan sonra Belqrada yollanacaq. O, burada dekabrın 3-4-də keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclasında iştirak edəcək. Görüş zamanı ATƏT-ə üzv 57 ölkələrin xarici işlər nazirləri Serbiyanın təşkilata sədrliyinin yekunlarını, eləcə də ATƏT məkanında ən aktual məsələləri müzakirə edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti