Gürcü nazir Azərbaycanda

Gürcü nazir Azərbaycanda



Bu gün İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev onun dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gecce.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Gürcüstan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına verilən böyük önəmin göstəricisidir.

Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir.

Dimitri Kumsişvili Gürcüstanın da tranzit yükdaşımaları sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib, bu sahədə prosedurların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşüb.

Görüşdə digər ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti