Prezident İlham Əliyev Tehrana dəvət olunub

Prezident İlham Əliyev Tehrana dəvət olunub



Bu gün İranın paytaxtı Tehranda Qaz İxrac edən Ölkələrin Forumu keçiriləcək.

Gecce.az ATV.az-a istinadən bildirir ki, forumda 9 prezident və bir Baş nazir iştirak edəcək. Liderlərin əsas müzakirə obyekti qaz bazarında qarşılıqlı model bazası olacaq. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, tərəflər bazarda vəziyyətin sonrakı inkişafını da nəzərdən keçirəcək.

Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da sammitə dəvət edilib.

Sammitdə Rusiya prezidenti Vladimir Putin, iranlı həmkarı Həsən Ruhani, Boliviya, Venesuela, İraq, Nigeriya, Ekvatorial Qvineya liderləri və Əlcəzairin Baş naziri iştirak edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti