“Azərbaycan Ordusu bunun layiqli cavabını verəcək”

“Azərbaycan Ordusu bunun layiqli cavabını verəcək”


“Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri, döyüş bölgəsindən 60 km uzaqda yerləşən Gəncə şəhərini atəşə tutması artıq qırmızı xətti keçməkdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Gəncə şəhərindən seçilən millət vəkili Pərvin Kərimzadə bildirib.

O qeyd edib ki, Ermənistan bilərəkdən humanitar atəşkəs rejimini pozub: “Bununla həm də Cenevrə Konvensiyasının bütün qaydaları, beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Gəncənin mülki əhalisinin hədəfə alınmasının əsas məqsədi birincisi Ermənistan dövlətinin terrorçu mahiyyətidir. Digər tərəfdən isə bununla ölkədə təşviş yaratmaq istəyirlər. Lakin Azərbaycan xalqında bununla heç bir təşviş yarada bilməyəcəklər. Xalqımız, o cümlədən, bütün gəncəlilər Azərbaycan Ordusuna güvənir”.

Millət vəkili əlavə edib ki, Ermənistan dinc əhalini, günahsız uşaqları hədəfə almasına görə cavab verməlidir: “Hesab edirəm ki, Azərbaycan Ordusu bunun layiqli cavabını verəcək. Dünya ictimaiyyəti də buna susmamalıdır. Dünya bunu görməli və bunun cavabını verməlidir. Artıq ikili standartlarda uzaq olub dinc əhalinin hədəfə alınmasının qarşısı alınmalıdır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti