“Evdə qaldıqca vətəndaşların kommunal xərcləri artır” - Deputat

“Evdə qaldıqca vətəndaşların kommunal xərcləri artır” - Deputat


“Şəxsən bizə su ilə bağlı gələn qəbzlər yanvar və fevral aylarında 2019-cu ilin orta göstəricisi ilə eynidir, mart ayında iki dəfə artıqdır. Sual yaranır ki, niyə? Bəs deyilmişdi, orta göstərici nəzərə alınacaq?”


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli İctimai TV-ə qonaq olan zaman deyib. Deputat bildirib ki, kommunal ödənişlərlə bağlı müəyyən güzəştlərin edilməsi vacibdir:

“Vətəndaşları narahat edən əsas məsələlərdən biri kommunal xərclərlə bağlıdır. Evdə qaldıqca kommunal xərclərin intensivliyi artıb. Təkliflərin içərisində işığa yalnız müəyyən limitin artırılması var. Bu limitin artırılmasının da 70-80% Azərbaycan ailəsinə elə bir əhəmiyyəti yoxdur. Olanda da 1-2 manat divident edir. Evdə olan zaman su, qaz da kifayət qədər artıq istifadə olunub”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti