Ailəsi əməliyyata razı olmadı, nazirlik həkim göndərdi

Ailəsi əməliyyata razı olmadı, nazirlik həkim göndərdi


Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata alınıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “City Hospital”dan nazirliyə Oqtay Gülalıyevin ailə üzvlərinin əməliyyatın keçirilməsinə razılıq vermədiyi bildirilib. Bu səbəbdən Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

Qeyd edək ki, O. Güləliyev dünən piyada xəttindən keçərkən 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti