Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib


Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib.


Gecce.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.
Pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.
Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskova ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti