“İndi tam “yahşi” oldu” - Ərdoğan Bakı səfərindən sonra

“İndi tam “yahşi” oldu” - Ərdoğan Bakı səfərindən sonra


14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak etdikdən sonra Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.


“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan zirvə görüşünün 10-cu ildönümünün ən önəmli hadisələrindən biri kimi Özbəkistanın TDƏŞ-ə tam üzv olmağını göstərib.

“Hazırda üzv sayı 5 oldu. Ona görə də mən də “iki dövlət, bir millət” ifadəsinə yenisini əlavə etmişəm. İndi “beş dövlət, bir millət” olduq. Əgər Türkmənistan da qatılarsa, o zaman “altı dövlət, bir millət” olacağıq. İndi tam “yahşi” oldu”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, KİV nümayəndələri arasında Türkiyədə yaşayıb-fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva da olub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti