Nazirdən Raquf Orucovun oğluna diqqət

Nazirdən Raquf Orucovun oğluna diqqət


Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə aprel şəhidi Raquf Orucovun oğlu Nihad Orucova planşet hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəblinin qohumları sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilir ki, 3 ay bundan öncə Nihad Orucov nazirlə görüşündə məktəbdə istifadə etdiyi planşetin köhnə olduğunu deyib. Nazir isə yeni dərs ilində ona təzə planşet hədiyyə edəcəyinə söz verib və buna əməl edib.

Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti