Deputatların maaşının ikiqat artması xəbərinə - Reaksiya

Deputatların maaşının ikiqat artması xəbərinə - Reaksiya


Milli Məclisin deputatlarının ezamiyyət xərcləri və maaşlarının artırılması ilə bağlı xəbər yayılıb.


Gecce.az xəbər verir ki, unikal.org saytının yazdığı məlumatda bildirilir ki, deputatların ezamiyyət xərcləri aldıqları əmək haqlarının 100%-nə qədər yüksəlib.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib.

Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: “Misal üçün deputatlar rayonlara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə, vəsait ayrılır”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu və komitə sədri Ziyad Səmədzadə isə Oxu.Az-a açıqlamasında məsələni təkzib edib. Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə belə bir məsələnin olmadığını, ancaq gələcəkdə olmasının istisna olunmadığını da vurğulayıb.

Mia. az saytı isə konkret olaraq spikerin, komitə sədrlərinin, deputatların maaşının artdığını yayıb. Qeyd olunur ki, bu barədə sayta deputat köməkçilərindən biri məlumat verib.

Bildirilir ki, parlament sədri 7424 manat (əvvəl - 3 712 manat), sədrin birinci müavini 6680 manat (əvvəl - 3 340 manat), sədrin müavini 6308 manat (əvvəl - 3154 manat), komitə sədri: 5940 manat (əvvəl - 2970 manat), komitə sədrinin müavini 5568 manat (əvvəl - 2 784 manat), sıravi deputat isə 5196 manat (əvvəl - 2 598 manat) maaş alır.

Məsələ ilə bağlı deputat Fazil Mustafa “Qafqazinfo”ya bildirib ki, sıravi deputatın maaşının 5196 manat olması ilə bağlı xəbər düzgün deyil:

“Sadəcə müavinətlər artırıla bilər. Ancaq bu da 5000 manat səviyyəsində deyil”.

***

Parlamentin Komitə sədrlərindən daha biri "Qafqazinfo"ya bildirib ki, deputatların maaşlarının artırılmasından söhbət getmir. Onun sözlərinə görə, söhbət deputatların xarici və daxili səfərləri zamanı onlara ödəniləcək xərclərin artımından gedir. Komitə sədri bunun üçün 2019-cu il büdcəsindən vəsaitin ayrıldığını vurğulayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort