“Bunu şəhid ailələri mənimlə görüşdə istədi və dərhal müavinəti artırdım”

“Bunu şəhid ailələri mənimlə görüşdə istədi və dərhal müavinəti artırdım”


"Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərib ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcək".


"Qafqazinfo" xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.

Ölkə başçısı sonradan siyahıda dəqiqləşmə aparıldığını qeyd edib:

"Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılıb. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort