“Kamal Abdulla işçiyə hədə-qorxu gəlir...” - Rektora sərt ittihamlar

“Kamal Abdulla işçiyə hədə-qorxu gəlir...” - Rektora sərt ittihamlar


Bir neçə gündür ki, mediada Azərbaycan Dillər Universitetinin kadrlar şöbəsinin baş mütəxəssisi Elmira Baxşəliyeva tərəfindən universitet rəhbərliyinə qarşı ciddi ittihamlar irəli sürülür. “Qafqazinfo” xəbər verir ki, virtualaz.org saytında yer alan şikayətdə bildirilir ki, E. Baxşəliyeva 50 ildir universitetin işçisi olduğu halda, onu şantaj və təhdid üsulu ilə universitetdən uzaqlaşdırılmağa cəhd edildiyini vurğulayıb. İttihamlarda həmçinin universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edildiyi qeyd olunur. Şikayətçinin sözlərinə görə, universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələr savadsız, təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verilir.

İddia olunur ki, rektor Kamal Abdullayev yerini boşaltmaq istədiyi işçiyə əvvəl hədə-qorxu gəlir, alınmadıqda şər-böhtan atır, bu niyyəti də baş tutmadıqda komissiyalar təşkil edir.

Məsələ ilə bağlı sözügedən universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyil: “Ona görə ki, iş məhkəmədədir. Qeyd edim ki, ittihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib. Bunun da öz səbəbləri var. İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar - laborantların müqavilə və şəxsi işləri göz önündədir. Bundan əlavə, ittihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə nə zamansa masaj kurslarını bitirib. Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir. Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm

18.01.2019 / 16:30
 
Xəbər lenti
  
16:30 "Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm
                                                        
ankara escort ankara escort izmir escort