“Biz olmasaq, 2 həftəyə iqtidarını itirərsən” - Trampdan krala təhdid

“Biz olmasaq, 2 həftəyə iqtidarını itirərsən” - Trampdan krala təhdid


ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralını təhdid edib.

“Qafqazinfo” xəbər verir ki, partiyasının seçim mitinqi üçün Missisipi əyalətində çıxış edən Tramp kral Salman bin Əbdüləzizə ABŞ-ın hərbi dəstəyi olmasa iki həftədə iqtidarını itirəcəyi ilə bağlı xəbərdarlıq etdiyini bildirib:

“Kral Salmanı çox istəyirəm, amma ona dedim ki, bax kral, biz səni qoruyuruq. Biz olmasaq iki həftəyə burada (iqtidarda) olmaya bilərsən. Ordun üçün özün ödəniş etməlisən, ödəməyə məcbursan”.

Lakin Tramp kralla arasındakı bu danışığın nə zaman baş verdiyini açıqlamayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti