Qətər əmiri Ərdoğana dünyanın ən bahalı təyyarəsini bağışlayıb

Qətər əmiri Ərdoğana dünyanın ən bahalı təyyarəsini bağışlayıb


Qətər əmiri Tamim bin Həməd Əl Tanı Türkiyə prezidentinə təyyarə bağışlayıb.


Əmirin Rəcəb Tayyib Ərdoğana hədiyyəsi olan “Boeing 747-8” dünyada ən iritutumlu və ən bahalı təyyarə hesab edilir. Belə ki, hava nəqliyyatı 94 nəfərlikdir və onun dəyəri təxminən 500 mln. dollardır.

Azərbaycan səfərindən qayıdan zaman jurnalistlərin bu barədə sualını cavablandıran Türkiyə prezidenti məlumatı təsdiqləyib. O, “ Dəyəri təxminən 500 mln. dollar olan təyyarə satışa çıxarılmışdı və biz onunla maraqlanırdıq. Bu barədə eşidən Qətər əmiri təyyarəni şəxsən mənə yox, Türkiyəyə hədiyyə edib”- deyib.

R.T. Ərdoğan onu da bildirib ki, təyyarədə hazırda rənglənmə işləri aparılır, proses yekunlaşdıqdan sonra uçuş həyata keçiriləcək.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort